Hey, salam!

Mən Zəhra. Kosmik texnika mühəndisliyi üzrə bakalavr təhsili almış, robototexnika və mühəndislik üzrə dərs deyib uçuş aparatları üzrə mühəndis işlədikdən sonra innovasiya sahəsinə keçid etmiş biriyəm. Hə, bir də, təbiəti və səyahəti sevirəm.
Qara dəliyə səyahət etmək kimi çılğın istəklərim də var. Hələlik isə kosmos haqqında öyrəndiyim, oxuduğum, araşdırdığım məlumatları paylaşıram. Hər kəslə.
Daha çoxu üçün Fəaliyyət səhifəsinə və ya şəxsi LinkedIn hesabıma nəzər sala bilərsiniz.
Bir neçə məqam
2023 · Mükafat
Femmes Digitales-in təşkil etdiyi AWITA 2023 mükafatında Yüksələn ulduz adına layiq görülmüşəm.
2024 · Tədbir
Ümumdünya Kosmos Həftəsinin 25 illiyində astronavt Naoko Yamazaki ilə Astronavtdan soruş canlı sessiyasını aparmışam.
2026 · Çıxış
Antalyada keçirilən BMT/IAF seminarında inkişaf etməkdə olan ölkələr üçün kosmik iqtisadiyyat mövzusunda çıxış etmişəm.
IAC · Məqalələr
Beynəlxalq Astronavtika Konqresində (IAC) təqdim olunan məqalələrin müəllifi və həmmüəllifiyəm.
2024 · Media
Chai Khana qızları kosmosa və mühəndisliyə həvəsləndirməyim haqqında yazı hazırlayıb.